Fətva və hökm anlayışları mahiyyətcə bir-birinə yaxındır, amma bunların arasında müəyyən fərqlər də vardır. Əsas fərq bundan ibarətdir ki, fətva – müəyyən mövzu barədə müctəhidin Qurana, hədisə əsaslanaraq, fiqhi metodlar əsasında gəldiyi nəticədir. Fətva mücərrəd şəraitdə, ümumi şəkildə əldə edilmiş qənaətdir. Fətva verən vaxt müctəhid zamana, məkana, siyasi-ictimai şəraitə nəzərən hərəkət etmir. Amma hökm verilən zaman bu və digər şərtlər nəzərə alınır. Məsələn, ümumilikdə fətva ilə halal olan bəzi qidalar, geyimlər və s. müəyyən zaman kəsimində hökm ilə haram elan edilə bilər. Hökmün qüvvəsi aradan qalxdıqdan sonra yenidən fətva öz qüvvəsinə qayıdır. Müctəhidin fətvası onun özü və müqəlldiləri (ona təqlid edən şəxslər) üçün keçərlidir, həmin müctəhidə təqlid etməyən şəxslərin onun fətvasına əməl etmələri lazım deyil. Amma bir müctəhid hökm verərsə, bütün müsəlmanlar, hətta digər müctəhidlər də onun hökmünə tabe olmalıdırlar (əgər hökm verən müctəhidin səhv etdiyinə yəqinlikləri yoxdursa).
Əlaqəli məqalələr
Şərhlər
Oxşar yazılar
Close