İslam suallarda

Bəzi klassik kitablarda namaz zamanı qiblədən sola dönməyin müstəhəbliyi yazılıb, bunun əsası varmı?

Oxucu sual verir

Keçmiş dövrlərdə yazılmış bəzi fiqh kitablarında qeyd edilir ki, namaz zamanı qiblədən bir az sola dönmək müstəhəbdir (buna şəriətdə “təyasür”, yəni qiblədən sola dönmək deyirlər). Bunu həm məsumlardan nəql edilən bəzi hədislərlə, həm də Kəbə evinin ətrafındakı hərəm ərazisinin qeyri-simmetrik quruluşu ilə əlaqələndirirlər. Bu barədə öz fiqh kitabında ilk dəfə böyük cəfəri alimi Şeyxüt-taifə Tusinin məlumat verdiyini yazırlar. XIII əsrdə yaşamış məşhur fiqh alimi Mühəqqiq Hilli ilə ensiklopedik bilikli alim Nəsirəddin Tusi arasında bu mövzuda elmi mübahisə də baş vermişdi. Sonrakı dövrlərdə də bəzi alimlər əsasən İraq ərazisindəki məscidlərin tikilişi zamanı qiblə istiqamətinin düzgün təyin olunmadığını iddia edərək qiblədən sola meyillənməyi lazım bilmişlər. Lakin müasir elmi hesabatlar bu iddiaların əksəriyyətinin həqiqətdən uzaq olduğunu göstərir. Təyasür barədə rəvayət edilən hədislər də ciddi şəkildə tənqid olunur və onların səhihliyi şübhə altına alınır. Buna görə də müasir müctəhidlər öz kitablarında bu məsələni qeyd etməyi lazım bilmirlər.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button