İslam suallarda
Dini kitablarda (risalələrdə) rast gəlinən əsas klassik ölçü vahidlərinin müasir qarşılığı necədir?
Oxucu sual verir
İslam şəriətinə aid hökmlər qədim dini mətnlərdən (Quran ayələri və hədislər) əldə edilir, bu mövzuda ana kitablar da qədim dövrlərdə qələmə alınıb. Ona görə hətta müasir şəriət kitablarında da bəzi qədim ölçü vahidlərinə rast gəlirik. Şəriət kitablarındakı klassik ölçü vahidləri əsasən 2 qismə bölünür: uzunluq (məsafə) vahidləri və kütlə (həcm) vahidləri. Ən çox rast gəlinən klassik ölçü vahidləri və onların müasir ekvivalenti bunlardır:
Fərsəx = təxminən 5,5 km.
Dirsək (zira) = 50 sm.`
Kür su = 384 litr su.
Müdd = təxminən 750 qram. Anoloji olaraq 4 müddə bərabər olan 1 sa = 3 kq.
Misqal = 3,5 qram.