İslam suallarda

Dünyasını dəyişmiş alimin fətvalarına dini məsələlərdə əməl etmək olarmı?

Oxucu sual verir

Məntiqi düşüncə bunu tələb edir ki, dini şəriət məsələlərində insan bilmədiyi hökmləri daha savadlı və bilikli şəxslərdən öyrənməlidir. Amma bu məsələnin şərtlərində İslam alimlərinin fikirləri bir qədər fərqlidir. Məsələn, əhli-sünnə məzhəbinə əsasən, əhli-sünnə alimlərinin hər hansı birinin və ya bir neçəsinin fiqh kitablarına müraciət etmək və orda yazılan şəkildə ibadətləri icra etmək olar. Bu alimin hazırda həyatda olması və ya 200 il, 500 il, 1000 il bundan əvvəl yaşaması fərq etməz.

Lakin şiə məzhəbinə əsasən, şəriət məsələlərində özü ictihad edə bilməyən, yəni hökmləri Quran və sünnədən çıxara bilməyən şəxslər ən bilikli (əələm) diri müctəhidə təqlid etməlidirlər. Belə bir müctəhidin sağlığında ona təqlid edən şəxslər onun vəfatından sonra da təqlidində qala bilərlər. Amma şiə məzhəbinə görə dünyasını dəyişmiş bir müctəhidin təqlidinə başlamaq olmaz. Təqlid edilməsinə icazə verilən müctəhidin şərtləri barədə risalələrdə daha geniş məlumat verilmişdir.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button