İslam suallarda

Ölünün ruhuna Quran oxumaq deyərkən Qurandan nə qədər və hansı surələri oxumaq nəzərdə tutulur?

Oxucu sual verir

Bu kimi məsələlərdə birinci olaraq ölüyə Quran oxumaq istəyən adamın niyyəti əsas götürülür. Yəni insan öz niyyətində ölü üçün Quranın müəyyən surələrini ya bütöv Quranı oxumağı nəzir edibsə, öz niyyətinə uyğun hərəkət etməlidir. Əgər bu barədə konkret niyyət etməyibsə, Qurandan nə isə oxumağı niyyət edibsə, bu zaman ölünün ruhuna Qurandan öz bacardığı qədər surə və ya ayələr oxuya bilər. Məsələn, imkanı və vaxtı varsa, Quranı bütöv şəkildə oxuyub bitirsin (xətm etsin), ya Quranın əvvəlindən başlayıb bacardığı qədər oxusun. Ya da Qurani-Kərimin məşhur surələrindən bir neçəsini oxuyub ölünün ruhuna hədiyyə etsin. Bunun üçün məsələn Yasin, Rəhman surələrini, yaxud Quranın axırında yer almış kiçik surələrdən bir neçəsini oxuya bilər.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button