İslam suallarda

Sübh azanından sonra yuxudan oyanan adam həmin gün oruc tuta bilərmi?

Oxucu sual verir

Oruc tutmağın ən mühüm şərtlərindən biri də sübh azanından məğrib azanına kimi müddət ərzində yemək, içmək, cinsi əlaqədə olmaq və s. bəzi əməllərdən uzaq durmaqdır. Həmçinin, oruc tutan şəxsin bu müddət ərzində oruc niyyətində olması və niyyətindən dönməməsi də şərt sayılır. Əgər bir şəxs axşam yatarkən səhər oruc tutacağına niyyət etsə, amma sübh azanından qabaq obaşdanlıq (sahur) üçün oyana bilməsə, oruc tuta bilər. Bu hal Ramazan ayında baş verərsə, gün ərzində nə zaman yuxudan oyansa, orucu pozan əməllərə yol verməməli və həmin gün məğrib azanına kimi oruc tutmalıdır. Əlbəttə, sahura oyanmamaq və yemək yemədən oruc tutmaq bədəni zəiflətdiyi üçün yaxşı hərəkət sayılmır. Amma kim sahur etmədən oruc tuta bilirsə və dözülməz əziyyət çəkmirsə, bu cür oruc tutması qadağan deyil. Əgər insan müstəhəb oruc tutaraq obaşdana oyana bilməsə, öz istəyi ilə orucunu poza bilər.
Əgər insan Ramazan ayında oruc tutmaq niyyəti etmədən yatsa və zöhrdən qabaq oyansa, həmin günün orucu düzgündür. Əgər zöhrdən sonra oyansa, yenə yaxşı olar ki, orucu pozan işlərə yol verməsin və orucunu tamamlasın, amma sonra həmin günün orucunu qəza etsin.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button