İslam suallarda

Ölü uşaq dünyaya gətirmiş qadın doğuşdan sonra nə isə etməlidirmi? Ölü ananın bətnindən çıxarılmış diri uşaq böyüdükdən sonra nə isə etməlidirmi?

Oxucu sual verir

İslam şəriətinə görə, ölmüş və bədəni artıq soyumuş şəxsə toxunan hər kəs ibadətləri yerinə yetirmək (namaz qılmaq və oruc tutmaq) üçün qüsl almalıdır. Əgər ana bətnindəki uşağa ruh verildikdən sonta ölərsə və uşaqğın cəsədi artıq soyumuş şəkildə bətndən xaric olarsa, bu halda ananın meyitə toxunma (məssi-meyyit) qüslü alması lazımdır. Bu zaman ölü uşağın təbii ya süni yolla (qeysəriyyə əməliyyatı ilə) bətndən xaric olması fərq etməz. Əgər ölü uşağın bətndən xaric olması zamanı 10 gün ərzində qadından təbii yolla qan gələrsə (cərrahi əməliyyat qanı yox), bu halda qadın nifas qüslü də almalıdır. Eləcə də, hamilə qadın dünyasını dəyişsə və bədəni soyuduqdan sonra bətnindəki körpəni cərrahi əməliyyatla çıxarsalar, həmin uşaq yetkinlik yaşına çatdıqdan sonra meyyitə toxunmaq qüslü almalıdır.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button