İslam suallarda

Qəbirin üzərinə çıxmaq, qəbirin üzərində oturmaq günahdır?

Oxucu sual verir

İslam şəriətinə görə, bir şəxsin sağlığında ehtiramını gözləmək vacib olduğu kimi, öləndən sonra cənazəsinə və qəbrinə də sayğı ilə yanaşmaq vacibdir. Ona görə ölünün cənazəsini təhqir etmək, murdarlamaq günah sayılır. Bu hərəkətləri məzara qarşı etmək də eyni dərəcədə günahdır. Qəbir ziyarətinə gedən şəxslər ehtiyatla davranmalı, məzarlara təhqir sayıla biləcək hərəkətlərdən çəkinməlidirlər. Buna görə də əbəs yerə qəbirin üzərinə çıxmaq, sinə daşının üzərində oturmaq arzuedilməz hərəkətdir. Yalnız zəruri hallarda qəbirlərin üzərinə çıxmaq icazəli sayılar. Məsələn, qəbristanlığın içində hərəkət etmək üçün yol olmasa, yalnız qəbirin üzərindən keçməklə hərəkət etmək mümkün olsa, yaxud qəbirin ətrafını səliqəyə salmaq, alaq otlarını biçmək, qəbir daşını təmir etmək üçün lazım gəlsə, qəbirin üzərinə qalxmaq olar. Bu zaman da bacardıqca sayğısızlığa yol verməməyə çalışmaq lazımdır. Bu zəruri addımı atarkən qəbirdə dəfn edilmiş şəxsin günahlarının bağışlanması üçün dua etmək də yerinə düşər.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button