İslam suallarda

Deyirlər ki, öz evində matəm olan şəxs ən azı 40 gün ərzində başqasının hüzür məclisinə gedə bilməz. Bu fikir doğrudurmu?

Oxucu sual verir

Təəssüf ki, cəmiyyət içində belə bir səhv fikir yayılıb. Ailə üzvü rəhmət getmiş şəxs adətən 40 gün ərzində heç kimin matəm məclisində iştirak etmir, başsağlığı üçün evdən çıxmır, dəfn mərasimlərinə qatılmır. Bu düşüncə kökündən yanlışdır. Dinimizdə bununla bağlı heç bir məhdudiyyət nəzərdə tutulmayıb. Əksinə, dünyasını dəyişmiş şəxsin matəm məclisində iştirak etmək, yaxınlarına səbir diləmək, xüsusilə, dəfn mərasimlərinə qatılmaq böyük savaba malikdir. Məsumlarımızdan bununla bağlı çoxlu hədislər rəvayət edilib. Yaxın adamını itirmiş şəxs başqalarının matəm məclislərində iştirak etməsə, bu savablardan məhrum olar. Əlbəttə, burada bir nüansa diqqət yetirmək lazımdır ki, mərhumun 40-ı çıxana kimi həftənin cümə axşamı günlərində evi uzun müddət tərk etmək məsləhət deyil. Çünki yaxınını itirmiş şəxs həmin günlərdə başqa yerə hüzür məclisinə getsə, öz evinə başsağlığı üçün gələn qonaqları qarşılaya bilməyəcək. Buna görə həmin günlərdə ev sahibinin ya evdə olması, ya da evi tərk edərkən öz yerinə kimisə evdə saxlaması məsləhətdir.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button