İslam suallarda

Namazda Fatihədən sonra hansı surələri oxumaq lazımdır?

Oxucu sual verir

Əhli-sünnə məzhəbinə görə, namazda Fatihə surəsindən sonra hər hansı bütöv surəni, yaxud 3 qısa ayəni və ya bir uzun ayəni oxumaq olar. Bu şərt yerinə yetirilsə, namazın qiraət hissəsi kifayət sayılır. Cəfəri məzhəbinə görə, namazın birinci və ikinci rükətlərində Fatihədən sonra bir surə bütöv şəkildə oxunmalıdır, surəni yarımçıq oxumaq olmaz. Hansı surənin oxunması namaz qılanın öz seçiminə bağlıdır. Şəriət kitablarında oxunması müstəhəb olan surələr barədə bəzi qeydlər vardır. Belə ki, namazın birinci rükətində Fatihədən sonra Qədr surəsini, ikinci rükətdə isə Fatihədən sonra İxlas (Qül huvallah) surəsini oxumaq müstəhəndir. Eyni namazın həm birinci, həm də ikinci rükətlərində Fatihədən sonra eyni surəni oxumaq məkruhdur; amma bu məkruhluq İxlas surəsinə aid deyil, onu hər iki rükətdə oxumaq olar. Bir günün namazlarında (yəni 17 rükətlik gündəlik namazlarda) heç olmasa, bir dəfə İxlas surəsini oxumamaq da məkruh sayılır.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button