Xristian şəxsin bişirdiyi xörəyi yeməklə bağlı sualın iki tərəfinin olması mümkündür. Birinci problem xristian şəxsin bədəninin pak sayılıb-sayılmamasından ibarətdir. Əhli-sünnə məzhəbində üstün olan görüşə görə və müasir şiə müctəhidlərin rəyinə əsasən əhli-kitabdan olanların (o cümlədən, xristianların) bədəni pak sayılır; nəm halda bunlara toxunmağın, o cümlədən, onların nəm halda əli dəymiş xörəkləri yeməyin heç bir problemi yoxdur.
Məsələnin ikinci tərəfi əhli-kitabın bişirdiyi xörəklərin şəriət baxımından halal sayılmasındadır. Belə ki, xristian şəxsin bişirdiyi xörəkdə donuz əti, alkoqol kimi haram maddələrin, şəriətə uyğun kəsilməmiş heyvan ətinin olub-olmaması araşdırılmalıdır. Əgər müsəlmanlar üçün haram olan bu kimi maddələrdən istifadə edilmədiyi dəqiq məlum olarsa, o xörəyi yemək icazəlidir.
Şərhlər