İslam suallarda

Həzrət Mühəmməd Peyğəmbərlə (s) həyat yoldaşı Xədiceyi-kübra qohum olmuşlarmı?

Oxucu sual verir

Ərəb ənənəsinə görə, eyni qəbilənin bütün üzvləri bir-biri ilə qohum sayılırlar. Adətən, qəbilənin ulu əcdadı bir nəfər olur və bütün qəbilə üzvləri onun nəslindən gəlir. Məkkədə yaşayan Qüreyş qəbiləsi ərəblərin ən şərəfli qəbiləsi sayılırdı. Qüreyşin bir neçə qolu var idi, bunlardan biri də Haşmilər qolu idi. Həzrət Mühəmməd Peyğəmbər (s) Haşimilər qolundan idi. Xədiceyi-Kübra da Qüreyş qəbiləsinə mənsub idi, amma Haşimilərdən deyildi. Onun mənsub olduğu nəsil də Qüreyşin hörmətli qolu kimi tanınırdı.
Xədiceyi-kübra ilə Peyğəmbərimizin nəsli Qüseyydə birləşirdi. Belə ki, Qüseyy Həzrət Mühəmmədin (s) beşinci, Xədicənin dördüncü ulu babası idi. Peyğəmbərin atasının babası Haşim ilə Xədiceyi-Kübranın babası Əsəd əmioğlu olmuşlar.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button