İslam suallarda

Mehriyyənin müstəhəb miqdarı nə qədərdir?

İslam şəriətinə görə, kəbin kəsilən zaman qadınla kişi arasında mehriyyənin miqdarı təyin və təsdiq edilməlidir. Mehriyyə – kişinin qadına ödəməli olduğu məbləğdir (və ya əmlakdır), qadın bu məbləği (bə ya əmlakı) kəbindən dərhal sonra da tələb edə bilər, öz tələbini təxirə sala da bilər, mehriyyəni kişiyə bağışlaya da bilər. Əgər mehriyyə ödənilməyibsə, boşanma (talaq) zamanı kişi mütləq onu qadına ödəməlidir.
Mehriyyənin miqdarını təyin etməkdə tərəflər sərbəstdir, bu, qarşılıqlı razılıq əsasında həll edilir. Amma ənənədə müstəhəb mehriyyə miqdarı olaraq “Fatimə mehriyyəsi” deyə bir anlayış vardır. Bu, Həzrət Əli ilə Xanım Fatimənin izdivacı zamanı təyin edilmiş mehriyyədir. Hədislərə görə, Həzrət Əli mehriyyə üçün öz zirehini satmışdı. Buna görə bəzi rəvayətlərdə o zamanın məzənnəsinə uyğun olaraq onun miqdarı 30 dirhəm qeyd edilir. Amma geniş yayılmış rəvayətə görə, müstəhəb mehriyyənin miqdarı 500 dirhəmdir. Bəzi müctəhidlərin fətvalarından aydın olur ki, müasir məzənnəyə əsasən bir dirhəm 2,5 qram gümüşə bərabərdir.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button