Bu, İslam məzhəbləri və alimləri arasında ziddiyyətli məsələdir. Əhli-sünnə məzhəbində geniş yayılmış fikrə əsasən, Peyğəmbərimiz səhv etməkdən uzaq olmamış, hətta namaz qılarkən də səhvə yol vermişdir. Şiə alimlərinin əksəriyyəti o həzrətin səhv etmə ehtimalını rədd etmiş və Peyğəmbərin səhvi barədə olan hədisləri mötəbər saymamışlar. Keçmiş alimlərdən Şeyx Müfid, Mühəqqiq Hilli, Əllamə Hilli və başqaları bu məsələdə araşdırmalar aparmış və səhv ehtimalını məsumluq anlayışı ilə ziddiyyətli hesab etmişlər. Hətta Şeyx Müfid və Hürr Amili kimi cəfəri alimləri Peyğəmbərin səhv etmə ehtimalını rədd edən ayrıca risalə yazmışlar.
Amm az saylı şiə alimləri mənbələrdə Peyğəmbərin səhvi barədə mövcud olan hədislərə etibar etmiş və bunu mümkün saymışlar. Bu alimlərdən biri də Şeyx Səduqdur. O, Peyğəmbərin namazda səhv etdiyini qəbul etmiş, amma bu səhvin Allah tərəfindən Peyğəmbərin qarşısına çıxarıldığını söyləmişdir. Guya bu yolla Peyğəmbərin barəsində ğülüvv, yəni həddi aşma əqidəsi öz qüvvəsini itirir, nübüvvətin rübubiyyətdən (peyğəmbərliyin allahlıqdan) fərqli və daha aşağı dərəcə olduğu aşkara çıxır. Beləliklə, Şeyx Səduq Peyğəmbərin səhvini inkar etməyi o həzrətin barəsində ifrat əqidənin yaranmasına təhlükə sayır. Bir daha qeyd edirik ki, əksər şiə alimləri Peyğəmbərin səhv etmə ehtimalını rədd edir və bu əqidəni şiəliyə zidd sayırlar.
Şərhlər