İslam suallarda

İmam Əlinin (ə) məşhur ləqəbləri hansılardır?

Din və tarix mövzusunda qələmə alınmış kitablarda Həzrət Əlinin (ə) çoxlu ləqəbi qeyd edilib. Bu ləqəblərin bəzisi ona sağlığında Həzrət Mühəmməd Peyğəmbər (s) və səhabələr tərəfindən, bəzisi də sonralar onun şəxsiyyətinə ehtiram bəsləyən şəxslər tərəfindən verilmişdir. Xüsusilə, şairlər öz istedadları səviyyəsində o həzrəti ən gözəl ifadələrlə vəsf etmişlər. İmam Əlinin (ə) ən məşhur ləqəblərinə misal olaraq bunları ilk növbədə qeyd edə bilərik: Mürtəza (seçilmiş), Əmirəl-möminin (möminlərin başçısı), Vəliyullah (Allahın dostu), Mövla (başçı, rəhbər), Şahi-mərdan və Şahi-Nəcəf (mərd insanların şahı, Nəcəf şahı), Heydər və Qəzənfər (aslan mənasını verir), Saqiyi-Kövsər (cənnətdəki Kövsər bulağından möminlərə su verəcək şəxs), Əbülhəsən (İmam Həsənin atası) və s. Eləcə də, İmam Əliyə məşhur qılıncı Zülfiqar, mindiyi Düldül adlı at, onun barəsində nazil olmuş Hələta surəsi ilə də bağlı ləqəblər verilmişdir.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button