İslam suallarda

Böyük müctəhidlər nəsli olan Həkim ailəsinin adının mənşəyi haradandır?

Oxucu sual verir

İraqda böyük ehtirama layiq olan Həkimlər ailəsi İmam Həsənin (ə) oğlu Həsəni-müsənnanın nəslindəndirlər və Təbatəbai şəcərəsinə mənsub seyyiddirlər. Onların ulu əcdadı Seyyid Əli ibn Seyyid Murad miadi XVI-XVII əsrlərdə yaşayıb, tibb elminə xüsusi maraq göstərib. O, “əl-Mücərrəbat əl-tibbiyyə” (Tibb təcrübələri) əsərində bu elm barəsində biliklərini xülasə edib. Seyyid Əli hətta öz istedad və bacarığı sayəsində Səfəvi hökmdarı Şah Abbasın saray həkimi vəzifəsinə yüksəlib. Təqribən 1624-cü ildə Şah Abbas saray əyanları ilə birlikdə İraqa – müqəddəs məzarların ziyarətinə yola düşür və bu səfərdə şəxsi həkimi Seyyid Əli də onu müşayiət edir. Nəcəf şəhərində əhali israrla Seyyid Əlinin burada qalıb təbabətlə məşğul olmasını Şahdan xahiş edirlər. Xalqın istəyi ilə Seyyid Əli Nəcəf şəhərində məskunlaşır və bundan sonra həm özü, həm də övladları “Həkim” ləqəbi ilə tanınırlar. Bu nəslin ən görkəmli nümayəndələri şiə dünyasının məşhur mərceyi-təqlidləri Ayətullahül-üzma Seyyid Möhsin Həkim (1889-1970) və Seyyid Mühəmməd Səid Həkim (1936-2021) olmuşlar.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button