Qadın paklıq halının pozulduğu günlərdə hər hansı şəkildə ibadət və dua edə bilərmi?
Oxucu sual verir
İslam şəriətinə görə, namaz zamanı tələb olunan şərtlərdən biri də insanın pak olmasıdır. Öhdəsində vacib qüsl olan şəxs namaz qıla bilməz. Ona görə də, heyz halında olan qadın gündəlik namazları qılmaqdan azaddır. Qılmadığı namazların qəzası da öhdəsində deyil, yalnız pak olduqdan namazlarına davam edə bilər. Bu vəziyyətdə qadının namaza durması günah sayılır. Amma qadın pak olmasa belə, dua oxuya və dua edə bilər. Müstəhəbdir ki, gündəlik namaz vaxtı çatanda paklığı pozulmuş qadın bədənini və üstünü pak etsin, dəstəmaz alsın, əgər dəstəmaz ala bilmirsə təyəmmüm etsin. Sonra üzü qibləyə sarı oturub ürəyi iştəyən şəkildə dualar etsin, təsbehlə zikrlər söyləsin. Xüsusilə, Peyğəmbərə (s) və nəslinə salavat söyləməyin, Xanım Fatimeyi-Zəhra (ə) zikrini deməyin çox savabı var.