İslam suallarda

Dinimizdə fəlsəfə elmi necə qəbul edilir?

Oxucu sual verir

Fəlcəfəyə müsəlman aləmində münasibət heç də birmənalı olmamışdır. Bəzi alimlər fəlsəfi biliklərin İslama başqa sivilizasiyalardan – qədim yunan, Roma və hind irsindən keçdiyini əldə əsas tutmaqla bərabər, fəlsəfənin müsəlmana heç bir fayda vermədiyini iddia etmişlər. Fəlsəfəyə qarşı mənfi münasibətdə olan alimlərin sırasında Qəzzali, İbn Həzm, İbn Teymiyyə, Süyuti və başqalarının adını qeyd etmək olar. Şiə aləmində də fəlsəfəyə münasibət müəyyən dövrlərdə mənfi olmuş, fəlsəfə klassik dini elmlərə – fiqh və kəlama qarşı qoyulmuşdur. Hətta müəyyən dövrlərdə dini hovzələrdə (dini elm mərkəzlərində) fəlsəfə dərslərinin keçilməsi rəsmi və ya qeyri-rəsmi şəkildə qadağan edilmişdi. Qeyd edək ki, son dövrlərdə ənənəvi müsəlman alimlərinin fəlsəfəyə münasibəti ümumilikdə müsbətdir, bu fənn də dini mərkəzlərdə tədris edilir. Bununla yanaşı, ayrı-ayrı alimlərin fəlsəfə elminə və filosoflara münasibəti mənfi olmaqda davam edir.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button