İslam suallarda

Dinimizin idman yarışlarına münasibəti necədir?

Oxucu sual verir

İslam dini sağlamlığa böyük əhəmiyyət verir və müsəlmanları həmişə sağlam həyat tərzi sürməyə, öz sağlamlığına diqqət yetirməyə çalışır. Məsumların hədislərində üzgüçülük, oxatma, atminmə, təkbətək döyüş kimi idman növləri ilə məşğul olmaq təşviq olunur, bu sahələrdə yarışlar keçirmək də bəyənilir. Hansı idman növləri ilə və hansı şərtlər daxilində məşğul olmağın meyarları İslam əxlaqı və şəriətlə tənzimlənir. Burada bəzi mühüm şərtlər mövcuddur. Əsas şərtlərdən biri idman növünün insan sağlamlığına zərər yetirməməsi və qarşı tərəfə qəsdən ağır fiziki ziyan vurulmamasıdır. Bu baxımdan, qəddarlıqla müşayiət olunan bəzi təkbətək döyüş növləri ilə məşğul olmaq dinimizdə qadağandır. İkinci mühüm şərt əxlaq normalarının gözlənilməsidir. Məsələn, qadınlarla bağlı idman növlərində mütləq şəriətin tələb etdiyi geyim və davranış qaydalarına riayət olunmalıdır. Daha bir şərt yarışlarda qalib gələnlər üçün hansı qaydaların tətbiq edilməsidir. Belə ki, mərc xarakterli yarışlar, qalib üçün pul yatırılan yarışlar qadağandır. Bəzi stolüstü yarış növləri də ehtiyatlı münasibət tələb edir. Müctəhidlər qumar kimi tanınan idman növləri ilə məşğul olmağı qəti qadağan edirlər (məsələn, loto, şahmat və s.) Hətta bəzi müctəhidlər şahmatı hələ də qumar oyunu kimi qəbul edərək, onunla hər bir halda məşğul olmağı haram bilirlər.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button