İslam suallarda

Bəzi böyük alimlər “Damad” ləqəbi ilə tanınır. Bunun səbəbi nədir?

Oxucu sual verir

Həqiqətən, İslam elm tarixində, əsasən, cəfəri fiqhinin tarixində bir neçə böyük alimə “damad” ləqəbi verilmişdir. Fars dilindən tərcümədə “damad” kürəkən deməkdir. Bu alimlər bəzi böyük şəxsiyyətlərin qızı ilə evləndiklərinə görə bu şərəfli ləqəbə layiq görülmüşlər. 1. “Damad” ləqəbi ilə tanınanlardan biri XVII əsrdə yaşamış görkəmli filosof Mir Damaddır (vəf. 1631/32). Əsl adı Mir Məhəmmədbaqir Astarabadi olan bu alim Səfəvi hökmdarı Şah Abbasın kürəkəni olmuşdur. 2. Ayətullah Seyyid Məhəmməd Mühəqqiq Damad (1907-1969) Qum hovzəsinin banisi Ayətullah Hairinin qızı ilə evli olmuş, özü də fiqh ustadı kimi tanınmış və xeyli böyük alimə dərs demişdir. 3. Nəcəf hovzəsinin ustadı Ayətullah Seyyid Nəsrullah Müstənbit Təbrizi də Ayətullah Seyyid Əbülqasim Xoyinin kürəkəni olduğuna görə “damad” ləqəbi ilə tanınırdı. O, 1985-ci ildə vəfat etmişdir.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button