Ayat namazında İxlas surəsini hansı şəkildə oxumaq lazımdır?
Ayat namazında Fatihə surəsindən sonra istənilən surəni oxumaq olar. Əgər ayat namazının geniş qılınma qaydası seçilibsə, yəni hər rükudan əvvəl Fatihə və bir surə oxunursa, hansı surənin oxunması fərq etməz; İxlas surəsi də maneəsiz oxuna bilər. Əgər ayat namazı qısa şəkildə qılınırsa, yəni birinci rükudan qabaq Fatihə oxunub, sonrakı surə 5 hissəyə bölünürsə, burada aşağıdakı tövsiyəyə əməl etmək məsləhətdir: Müasir müctəhidlərin bir qisminin rəyinə görə, surəni 5 hissəyə bölərkən təkcə “Bismillahir-Rəhmanir-Rəhim” ayəsi ilə kifayətlənmək düzgün deyil. Yəni birinci hissədə “Bismillah”dan sonra surənin ilk ayəsini də oxumaq lazımdır. Surənin qalan hissəsi 4 yerə bölünür və hər rükudan qabaq ardıcıl oxunur.
İxlas surəsini 2 şəkildə oxumaq olar: 1. Bismillahir-Rəhmanir-Rəhim. Qul huvallahu əhəd. 2. Allahus-saməd. 3. Ləm yəlid. 4. Və ləm yuləd. 5. Və ləm yəkun ləhu kufuvən əhəd.
Yaxud surəni 4 ayəyə bölüb oxumaq, axırıncı rükudan qabaq isə Fatihə və İxlas surələrini bütöv oxumaq mümkündür.