İslam suallarda

İsmaililər hansı məzhəbə aid edilirlər?

Dini mənbələrdə ismaililər şiə məzhəbinin bir qolu hesab edilir. Həzrət Mühəmməd Peyğəmbərdən (s) sonra İmam Əlinin (ə) imamlığına inanan bütün qruplar şiə adı altında birləşir. Hazırda şiəliyin ən böyük və geniş yayılmış qolu olan cəfərilikdə altıncı imam Cəfər Sadiqdən (ə) sonra oğlu Musa Kazim (ə) yeddinci imam sayılır. Lakin ismaililər imamət xəttinin Cəfər Sadiqin (ə) sağlığında vəfat etmiş oğlu İsmail vasitəsilə davam etdiyinə inanırlar. Onların əqidəsincə, İsmailin oğlu Mühəmməd yeddinci imamdır; o, gözlərdən qeyb olmuş, imamət xətti onun oğlu Əhməd Vafi xətti ilə davam etmişdir. İsmaili məzhəbi sonralar bir neçə qola bölünmüşdür. XII-XIII əsrlərdə Həsən Səbbahın başçılığı altında Ələmut qalasında məskunlaşanlar da ismaili əqidəsində idilər. İsmaililiyin ən böyük qollarından biri nizarilikdir; bu qolun rəhbərləri Ağaxan titulunu daşıyırlar. Hazırda dünyada təqribən 15 milyon nəfər ismaili yaşadığı ehtimal edilir.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button