İslam suallarda

Namazdan sonra səhv səcdəsi hansı hallarda və hansı qaydada edilir?

Namazdan sonra bəzi hallarda səhv səcdəsi etmək tövsiyə edilir. Səhv səcdəsinin laım olma səbəbləri barədə şəriət kitablarında (risalə) ətraflı məlumat verilib. Məsələn, namaz əməllərindən birinin (rükn olmayan) sayını bilməyərəkdən artırıb-azaltdıqda, təşəhhüd söyləməyi unutduqda, artıq salam verdikdə, namaz zamanı bilməyrəkdən danışdıqda və s. Səhv səcdəsi qoşa şəkildə yerinə yetirilir. Bunun üçün gərək insan namazı bitirdikdən sonra namazı pozan əmələ yol vermədən (o cümlədən, qiblədən dönmədən) oturduğu yerdə ürəyində niyyət etsin ki, nəyə görə səhv səcdəsi edir. Sonra alnını səcdə yerinə qoyub zikr desin, qalxıb diz üstə otursun, ikinci dəfə səcdəyə gedib zikri söyləsin, sonra diz üstə oturub təşəşşüdü və axırıncı salamı desin. Səcdə zamanı hansı zikri istəsə deyə bilər, daha yaxşıdır ki, bu zikri söyləsin: “Bismillahi və billah. Əssəlamu əleykə eyyuhən-nəbiyyu və rəhmətullahi və bərəkatuh”.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button