İslam suallarda

Kişi qadına bir dəfə talaq veribsə, onların barışması və birlikdə yaşaması mümkündürmü?

İslam şəriətinə görə, kəbinin şərtləri olduğu kimi, talaqın da şərtləri vardır. Talaqın bəzi şərtləri mövzusunda məzhəblərin şəriətində fərqlər mövcuddur. Bu fərqlər əsasən, oxunan talaqların sayı və şahidliklə bağlıdır. Əgər oxunan talaqların sayı ümumilikdə 3 dəfədirsə, müəyyən şərtlər daxilində fərqlər meydana çıxır. Amma cəmi bircə dəfə talaq verilibsə, ərlə arvadın barışma imkanı vardır. Kişi qadına bir dəfə talaq veribsə, qadın şəriət baxımından “iddə” adlanan müddəti gözləməlidir. Bu müddər bitdikdən sonra onlar talaqlı sayılırlar. Əgər iddə müddəti boyunca barışmaq istəsələr, problemsiz olaraq yenidən birlikdə yaşaya bilərlər. Bunun üçün heç bir dini ayin icra etməyə gərək yoxdur. Barışmaq niyyəti ilə bunu ifadə edən hər hansı hərəkəti etsələr kifayətdir (məsələn, sözlə barışıq elan etmək, cinsi əlaqədə olmaq və s.).

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button