İslam suallarda

Hədis məcmuələrində yazılmış bütün hədislərə etibar etməliyikmi?

Hədis İslam dinində xüsusi yerə malikdir, dini hökmlərin əsaslandırılmasında hədis də Quranla yanaşı əsas mənbələrdən sayılır. Amma Qurani-Kərim ayələrindən fərqli olaraq, hədislərin hamısını qeydsiz-şərtsiz olaraq qəbul etmək vəzifəmiz yoxdur. Çünki Quran Allah kəlamı olaraq ciddi şəkildə qorunmuş və təhrifsiz halda günümüzə gəlib-çatmışdır. Amma məsumların hədisləri ayrı-ayrı şəxslər (ravilər) tərəfindən şifahi formada nəql edilmiş, yalnız bir neçə əsrdən sonra kitab halında qələmə alınmışdır. Hədslərin mötəbər ya qeyri-mötəbər olması bəzi amillərdən asılıdır. Bunu araşdıran xüsusi elm sahələri mövcuddur. Əsrlər boyunca böyük müsəlman alimləri hədislərin mətninə və sənədinə görə dəyərinin müəyyən edilməsi istiqamətində araşdırmalar aparmışlar. Hədis mətninin Qurana, digər hədislərə və sağlam məntiqə uyğunluğundan, onu rəvayət edən şəxslərin ədalətli, mömin olmasından və hədis rəvayəti şərtlərinə cavab verməsindən asılı olaraq hədisin ümumi etibar dərəcəsi müəyyən edilir. Alimlərin rəyinə görə, mənbələrdəki əxlaqi məzmunlu hədislərə etibar etməyin problemi yoxdur, amma əqidə və fiqh mövzusunda digər hədislərlə ziddiyyət təşkil edən hədislər araşdırılmalıdır.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button