İslam suallarda

Nişanlı şəxslərin görüşməsi və gəzməyə çıxması şəriət baxımından icazəlidirmi?

İslam dini qarşı cins nümayəndələri arasında münasibətlərə və əlaqələrə ciddi əhəmiyyət verir. Bir-birinə naməhrəm olan şəxslərin əlaqəsi şəriətə uyğun olmalıdır və insanlar bu məsələlərdə xüsusilə məsuliyyətli davranmalıdırlar. Elçilik və nişan əsasən milli adət-ənənələrə aiddir, bunların dini hökmü yoxdur. Dinimizə görə oğlanla qızın münasibətləri yalnız kəbin vasitəsilə halallaşa bilər. Əgər düzgün qaydalarla kəbin kəsilməmişsə, oğlanla qızın bir-biri ilə məhrəmanə davranması, əl-ələ tutması, fiziki təmasda olması, hətta bir-birinə məhrəmanə sözlərlə müraciət etməsi və məhrəm gözü ilə baxması da qadağandır. Yalnız kəbin kəsildiksən sonra onlar bir-birinə məhrəm olurlar və yuxarıdakı qadağanlar aradan qalxır. Dinimizin bu göstərişinə əməl etmək hər kəsin vəzifəsidir. Bu qaydalar cəmiyyətdə əxlaq pozuntularının qarşısının alınması, peşmançılığa səbəb olan hadisələrin baş verməməsi və şəxsi məsuliyyət hissinin yüksək olması üçün böyük əhəmiyyətə malikdir.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button