İslam suallarda

Qəbir yerlərinin pul ilə satılmasına icazə varmı?

Dinimizə görə, müsəlman şəxsin cənazəsi halal, yəni qəsb edilməmiş yerdə basdırılmalıdır. Yəni həmin yerdə cənazə basdırılmaqla gərək heç kimin haqqı aradan getməsin. Əgər torpaq sahəsi kiminsə şəxsi mülküdürsə, orada cənazə dəfn edilərkən yer sahibindən mütləq icazə alınmalıdır. Dəfn üçün yerin pulla satılması o zaman icazəlidir ki, həmin torpaq sahəsi kiminsə (şəxsin və ya şirkətin) şəxsi mülkü olsun. Bu zaman mülkün sahibi müəyyən məbləğ qarşısında ona məxsus torpaqda dəfn işi görülməsinə icazə verə bilər. Ölünün sahibi buna razıdırsa, həmin məbləği ödəyərək, cənazəni orada dəfn edə bilər. Qədim qəbristanlıqların çoxusu ya sahibsiz torpaq sahəsində yerləşir, ya da keçmişdə hansısa şəxs öz mülkünü qəbristanlıq üçün vəqf edib. Hətta imkanlı şəxslər torpaq sahəsi alıb qəbristanlıq üçün vəqf edirdilər, yaxud mövcud qəbristanlığın ətrafındakı torpaq sahələrini pul ilə sahibindən alıb qəbristanlğa qatırdılar. Bu kimi hallarda heç kimin haqqı yoxdur ki, qəbir yerini pul ilə satsın. Çünki vəqf malını təyinatı üzrə istifadə etməmək, təyinatından kənar kiməsə satmaq günahdır.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button