“Cənnətlə müjdələnmiş səhabələr” kimlərdir?
Əhli-sünnə inancına görə, məşhir səhabələrdən 10 nəfər Həzrət Mühəmməd Peyğəmbər (s) tərəfin¬dən cənnətlə müjdələnmişdir. Belə ki, Peyğəmbər (s) onların cənnətə düşəcəyini qəti şəkildə bildirmişdir. Əksər hədislərə görə, həmin 10 nəfər aşağıdakılardan ibarətdir: 4 raşidi xəlifələri Əbu Bəkr ibn Əbu Qühafə, Ömər ibn Xəttab, Os¬man ibn Affan və Əli ibn Əbu Talib, həmçinin, Təlhə ibn Übeydullah, Zübeyr ibn Avvam, Əbdürrəhman ibn Avf, Səd ibn Əbu Vəqqas, Əbu Übeydə ibn Cərrah və Səid ibn Zeyd. Bəzi mənbələrdə Əbu Übeydə ibn Cərrahın yerinə Abdullah ibn Məsudun adı çəkilir. Bu 10 nəfərdən əlavə, bəzi başqa səhabələrin də cənnətlə müjdələndiyi barədə ayrı-ayrı hədislər mövcuddur, lakin adları çəkilən 10 nəfər əhli-sünnə məzhəbində xüsusilə məşhurdur. Ərəb dilində “əşəreyi-mübəşşərə” (müjdələnmiş onluq) adlandırılan bu qrup səhabələrin içində ən üstün dərəcəli sayılır.
Qeyd edək ki, bu 10 nəfərin (Həzrət Əlidən başqa) Peyğəmbər tərəfindən cənnətlə müjdələnməsi inansı şiə məzhəbində yoxdur və bu mövzuda hədislər şiə mənbələrində mötəbər hesab edilmir.