“Rafizi” sözünün mənası nədir?
Bu sözün ərəb dilindən tərcüməsi “kənarlaşan, uzaqlaşan, tərk edib gedən” mənalarını verir. Mənbələrdə “rafizi” kəlməsinin yaranmasını zeydiyyə məzhəbinin banisi Zeyd ibn Əli ilə bağlayırlar. Əvvəlcə Zeydi dəstəkləyənlər sonra onun ətrafından dağılışıb gedəndə Zeyd demişdi: “Məni buraxıb getdiniz” (ərəbcə “rəfəztümuni”). Sonralar şiəliyin bütün qolları radikal məzhəbçi qüvvələr tərəfindən rafiziyyə kimi tanıtdırılmağa başlandı. Hal-hazırda da İslamın radikal qoluna (vəhhabilərə) aid kitablarda on iki imamçı cəfəri məzhəbi rafiziyyə adlandırılır.
Şiə mənbələrində isə “rafizi” kəlməsi müsbət mənada işlədilir. Əhli-beyt imamları öz ardıcıllarına rafizi adının əslində iftixara layiq olduğunu bildirir və bu adla çarılılarkən utanmamağı tövsiyə edirdilər. Imam Cəfər Sadiqin (ə) hədislərində buyurulur ki, tarixdə ilk dəfə rafizi adını əvvəllər fironun tərəfində olmuş, sonra isə tövbə edib Həzrət Musa Peyğəmbərə (ə) qoşulmuş sehrbazlara veriblər. Firon həmin sehrbazları, ondan ayrıldıqlarına görə rafizi adlandırmışdı.
Qeyd edək ki, şafii məzhəbinin banisi İmam Şafii şeirlərinin birində yazırdı: “Əgər Ali-Mühəmmədi sevmək rafizilikdirsə, qoy bütün insanlar və cinlər şahid olsun¬lar ki, mən rafiziyəm!”