İslam suallarda

Yəcuc-Məcuc tayfası hansıdır və onlar barədə nə bilirik?

Yəcuc-Məcuc tayfası ilə bağlı həm Bibliyada, həm də Quranda danışılır. Qurani-Kərimin iki ayəsində (Kəhf-94 və Ənbiya-97) bu tayfanın adı çəkilir və onunla bağlı qısa məlumat verilir. Ayələrdən məlum olur ki, Yəcuc-Məcuc tayfası Zülqərneynin zamanında yaşamış və ətrafdakı xalqları öz hücumları ilə hədələmişlər. Zülqərneyn də onların qarşısında əridilmiş dəmir və misdən hündür və möhkəm sədd çəkdirmiş, bununla da hücumların qarşısını almışdı. Bu əhvalatın təfsilatı hədislərdə öz əksini tapır.
Yəcuc-Məcuc tayfası ilə bağlı məlumatlardan biri də budur ki, dünyanın sonunda bu tayfa səddi aşaraq bir daha hücuma keçəcək, qarşısına çıxan hər yeri qarət edəcək.
Yəcuc-Məcuc tayfasının hansı xalqdan ibarət olması və harada yaşaması barədə məlumatlar fərqlidir. Bəzi təfsirçilər onları qədim dünyanın vəhşi xalqları ilə, bəziləri isə xəzərlər və monqollarla eyniləşdirmişlər. Zülqərneynin çəkdirdiyi Yəcuc-Məcuc səddinin Çində və ya Dərbənddə yerləşdiyini iddia edən məlumtlara da rast gəlirik.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button