İslam suallarda

Müfid ləqəbi ilə tanınan alimin əsl adı nədir və ona bu ləqəb necə verilib?

Cəfəri məzhəbinin böyük alimlərindən olan Mühəmməd ibn Mühəmməd ibn Numan Ükbəri Bağdadi miladi 948-ci ildə doğulmuş, 1022-ci ildə vəfat etmişdir. O, əqidə, fiqh, üsuli-fiqh, hədis və s. mövzularda dəyərli əsərlərin müəllifidir. Xüsusilə, əqidə mövzusunda onun qələmə aldığı irilı-xırdalı risalələr çox dəyərlidir. Şeyx Müfid böyük cəfəri alimi Şeyx Səduqdan dərs almış, Seyyid Mürtəza, Şərif Rəzi, Nəcaşi və Şeyx Tusinin müəllimi olmuşdur. Şeyx Müfid dini-məzhəbi mövzuda elmi mübahisələri (münazirə) ilə məşhurdur. Bu elmi mübahisələrdə o, şiə məzhəbinin əqidə əsaslarını uğurla müdafiə etmişdir. Alim cədəl (elmi mübahisə) mövzusunda çox məharətli idi; elə “Müfid” ləqəbini də bu məharəti sayəsində qazanmışdı. Rəvayətə görə, öz ustadının hüzurunda qalib gəldiyi elmi mübahisəyə görə ona “faydalı” mənasını bildirən bu ləqəb verilmişdi. Başqa rəvayətə görə, alimi “Müfid” ləqəbinə 12-ci imam Həzrət Mehdi (ə) layiq görmüşdü.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button