İslam suallarda

Heyvanları axtalamağın dini cəhətdən hökmü nədir?

Bu mövzuda İslam alimlərinin fikirləri fərqlidir. Bəzi alimlər heyvanları axtalamağı onlara işgəncə verməklə eyniləşdirib haram bilirlər. Dini mənbələrdə heyvanları axtalamağın haramlığı barədə bir neçə hədis mövcuddur. Lakin din alimləri bu hədislərin bir qisminin sənədində problem olduğunu, bir qisminin isə izaha ehtiyaclı olduğunu qeyd edirlər. Məhz buna əsasən bəzi alimlər həmin hədisləri yerinə uyğun olaraq təfsir edir və heyvana əziyyət verməmək şərtilə, habelə, məntiqə uyğun və faydalı məqsəd naminə axtalamağa icazə verirlər. Birinci şərt bu işi mütəxəssis həkimə etdirməklə ödənmiş olur, bu zaman əməliyyat heyvan üçün əziyyətsiz keçir. İkinci şərtdə məntiqə uyğun və faydalı məqsəd deyərkən heyvanın nəsil artırmaqla öz sahibi üçün əziyyət yaratması, balalarının baxımsız qalma təhlükəsi və s. nəzərə tutulur. Ümumiyyətlə, bu məsələdə baytar həkimlərin rəyini nəzərə almaq faydalıdır. Hər bir halda heyvanın sağlamlığı, həyati funksiyaları üçün təhlükə yaranmaması əsas şərt sayılır.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button