İslam suallarda

Quranda buyurulur ki, mömin adamın zina edənlə ailə qurması qadağandır. Elə isə, əgər bir şəxs zina etmişsə, onunla ailə qurmaq günahdır?

Həqiqətən, Qurani-Kərimdə buyurulur ki, “murdar qadınlar murdar kişilərə, murdar kişilər isə murdar qadınlara, eləcə də təmiz qadınlar təmiz kişilərə, təmiz kişilər də təmiz qadınlara layiqdirlər” (Nur, 26). Ayədə cəmiyyət içində murdar (əxlaqsız) və təmiz (əxlaqlı) kimi tanınan şəxslər nəzərdə tutulur. Bunlar insana xas olan sifətlərdir. “Murdar” deyərkən əxlaqsız, iffətsiz insan nəzərdə tutulur. Yəni murdar o şəxsdir ki, özü üçün bu cür həyat tərzini seçib, ardıcıl olaraq əxlaqsızlıqla məşğuldur, bu cür tanınır və əməlindən tövbə etmək fikri də yoxdur. Bu cür adamla əxlaqlı birisinin ailə qurması yolverilməzdir.
Amma əgər bir şəxs ötəri istək üzündən yanlış edərək bir dəfə zinaya bulaşsa və sonra tövbə edib düz yola gəlsə, onu ayədəki murdar insanların cərgəsinə aid etmək düzgün olmaz. Allah həqiqi tövbələri qəbul edəndir. Bu cür yanlışlığı bir dəfə edərək peşman olmuş və sonrakı həyatı ilə öz səhvini düzəltmiş insanlara ikinci şans vermək alicənablıq əlamətidir. Hətta belə bi insanla ailə qurmaq da (əgər insanın şəxsi düşüncəsi buna imkan verirsə) dini baxımdan qəbahət sayılmır.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button