İslam suallarda

400 əsl adlı hədis məcmuələri nə deməkdir?

Məsum imamların zamanında bəzi səhabələr bilavasitə onların dilindən eşitdikləri hədislərdən ibarət 400 əsl (üsuli ərbəə-miə) qələmə almışdılar. Əsllərin müəllifləri birinci imam Əli ibn Əbutalibin (ə) səhabələrindən 11-ci imam Həsən Əsgərinin (ə) səhabələrinə kimi şəxslər idi. Əsl müəllifləri arasında Zürarə ibn Əyün, Əvab ibn Təğlib, Bəzənti, Əbu Bəsir, Mühəmməd ibn Müslim və b. var idi. Əsllər fərqli həcmlərə malik idi və bir qayda olaraq sistemləşdirilməmişdi. Yəni əsllərdəki hədislər qarışıq mövzularda ard-arda düzülürdü, ona görə bunlardan istifadə etmək narahat idi. Sonralar həmin əsllərin əsasında bablara və fəsillərə ayrılmış kitablar tərtib edildi. Şiə məzhəbinin 4 ana hədis mənbəyi (kütübi-ərbəə) həmin əsillərdəki hədislər üzərində qurulmuşdur. Sonrakı əsrlərdə 400 əsl öz aktuallığını itirib unuduldu, onların yalnız bir qismi (təqribən 16 ədədi) günümüzə kimi gəlib-çatmışdır; “Müstədrəkül-Vəsail” kitabının sonunda bu əsllər nəql edilib. Əsl müəllifləri bilavasitə imamın dilindən eşitdikləri hədisləri qələmə almışlar, ortada sənəd zənciri mövcud olmadığı üçün bu mənbələr mühüm dini əhəmiyyət kəsb edir.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button