İslam suallarda

Dünyaya tamamilə laqeyd olmaq və tərki-dünyalıq etmək dinimizdə bəyənilirmi?

Dünya-axirət qarşıdurması dini düşüncədə ən çox rast gəlinən mövzulardandır. Bu məsələni bəzən görməzdən gəlir, bəzən də ifrata varırlar. Quran ayələrində və hədislərdə dünyaya bağlanmamaq, axirətdən ötrü çalışmaq möminlərə tövsiyə edilir. Lakin bunun mənası o deyil ki, insan tamamilə dünyaya arxa çevirməli, dünya nemətlərini özünə haram bilməli, yalnız axirət arzuları ilə yaşamalıdır. Mömin şəxs dünya və axirətə münasibətdə lazımi həddi gözləməyi bacarmalıdır. Dinimizdə dünyapərəstlik bəyənilmədiyi kimi, tərki-dünyalıq da bəyənilmir. Dünyanın halal nemətlərindən və halal ləzzətlərindən istifadə etməliyik. Lakin dünyaya uymaq, dünya ləzzətlərini qazanmaq naminə axirəti unutmaq günahdır və bu günahın sonu axirətdə ilahi cəzaya düçar olmaqdır. Unutmayaq ki, dünya həyatı müqəvvətidir, əbədi olan isə axirətdir. Dünya bizim üçün axirəti qazanmaqdan ötrü bir imkan meydanıdır, bu imkanı lazımınca dəyərləndirməliyik. Dünyada ləyaqətlə yaşayaraq, öz əməllərimizlə gözəl axirətimizi təmin etməliyik.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button