İslam suallarda

Qohumlarla rabitəni kəsmək həmişə böyük günah sayılırmı?

İslam dinində ən çox təkid edilən əməllərdən biri də qohumlarla mehriban əlaqə saxlamaq, onlarla vaxtaşırı maraqlanmaqdır. Buna dini mətnlərdə “sileyi-rəhim” deyilir. Qohumlarla əlaqəni kəsmək böyük günahlardandır. Bu günah həm dünyada, həm də axirətdə bədbəxtliyə və cəzaya səbəb olar. Lakin bütün məsələlərdə olduğu kimi, sileyi-rəhimdə də bəzi şərtlər və istisnalar vardır. Qohumlarla xırda məsələlər üstündə küsülü qalmaq bəyənilmir. Hətta sənə pislik edən və səndən qaçan qohumlara yaxşılıq etmək və onlara yaxınlaşmaq hədislərdə təkid olunub. Amma kiminlə rabitə saxlamaq insanın dünyasına və axirətinə ciddi ziyan vurursa, onunla əlaqəni kəsmək icazəlidir. İnsana ardıcıl olaraq maddi ziyan vuran, davamlı olaraq təhqir edən, şəxsiyyətini və dini hisslərini məsxərəyə qoyan şəxslərdən (qohum olsa belə) uzaq durmaq məsləhətdir. Bu hallarda həmin qohumla əlaqəni kəsən adama günah yazılmaz. Lakin unutmayaq ki, bu zaman da həddi gözləmək və təhqirə yol verməmək lazımdır.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button