İslam suallarda

Seyyid ibn Tavus adlı alim kimdir və əsil adı nə olmuşdur?

Seyyid ibn Tavus miladi XIII əsrdə yaşamış görkəmli cəfəri alimlərindən biridir. O, 1193-cü ildə böyük alimlərin vətəni olan Hillə şəhərində doğulmuşdu. Ata tərəfdən şəcərəsi İmam Həsənə (ə), ana tərəfdən İmam Hüseynə (ə) çatırdı. Alimin bütöv adı Rəziyyəddin Seyyid Əli ibn Musadır, “Seyyid ibn Tavus” adı ilə tanınır. Onun mənsub olduğu Ali-Tavus nəsli İraqda böyük şöhrətə malik idi. Seyyid ibn Tavus Hillə, Nəcəf və Kərbəla şəhərlərində yaşamış, ömrünün sonlarına yaxın Bağdadda ömür sürmüş, Elxani hökmdarı Hülaku tərəfindən nəqib (şiələrin işlərini nizama salan şəxs) vəzifəsinə təyin edilmişdi.
Seyyid ibn Tavus müxtəlif sahələrdə öz qələmini sınamış, “Lühuf”, “İqbal”, “Təraif”, “Fəlah əl-sail”, “Mühəc əl-dəavat” kimi dəyərli əsərlər yazmışdır. Kitablarının böyük bir qismi dua, ibadət əməlləri və əxlaq mövzusundadır. Ümumiyyətlə, alim mənəvi təkamül və əxlaq məsələlərinə xüsusi önəm vermişdir. Seyyid İbn Tavus Əllamə Hilliyə və onun atasına, “Kəşf əl-ğümmə” əsərinin müəllifi İrbiliyə dərs demişdi. Alim 1266-cı ildə Bağdadda vəfat etmiş, bəzi məlumatlara görə Hillə şəhərində, bəzi məlumatlara görə isə Nəcəfdə dəfn olunmuşdur.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button