İslam suallarda

Qurani-Kərimdə neçə heyvanın adı və hansı məqsədlə çəkilir?

Qurani-Kərimdə təqribən 28 canlının adı çəkilir. Bunların bir qismini həşəratlar, bir qismini suda yaşayanlar, bir qismini quşlar, bir qismini də məməlilər təşkil edir. Müqəddəs Kitabda heyvanların adının çəkilməsi müxtəlif məqsədlər daşıyır. Bəzən keçmiş xalqların və peyğəmbərlərin əhvalatını detallı təsvir etmək üçün hadisələrin süjet xəttinin içində heyvan obrazları ilə qarşılaşırıq (məsələn, Həzrət Süleyman Peyğəmbərlə (ə) bağlı hadisələrdə qarışqa və şanapipik, Həzrət Yunislə (ə) bağlı balina, Habil və Qabuilin əhvalatı ilə bağlı qarğa, Həzrət Musanın (ə) zamanında baş verənlərlə əlaqəli bildirçin, inək, qurbağa, birə, çəyirtkə və ilan, Həzrət Yusiflə (ə) bağlı canavar, Əshabi-kəhf ilə bağlı it, “Fil ili” olayı ilə bağlı fil və göyərçin və s.). Bəzən isə Allah-Taala insanlara ibrət vermək üçün müqəddəs ayələrdə bəzi canlıların adını çəkir. Məsələn, öz elminə əməl etmyən alimlər yük daşıyan uzunqulağa, dünya həyatı hörümçək toruna bənzədilir. Arı, dəvə, milçək, ağcaqanad kimi canlılar Allahın qüdrətinə misal olaraq göstərilir. Bəzi canlıların adı isə əti yeyilən heyvanların sırasında xatırlanır (qoyun, keçi, inək və dəvə).

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button