İslam suallarda

Klassik Şərq ədəbiyyatında tez-tez rast gəldiyimiz “kəşkül” kitabları nədən bəhs edirdi?

Kəşkül sufilərə məxsus atributlardan biridir. Adətən sərt qabıqlı meyvələrin içini ovmaqla, ya da taxtadan və ya dəmirdən hazırlanırdı. Sufilər mütləq özləri ilə kəşkül gəzdirirdilər. Kəşkül sufi üçün hər şey demək idi, onun içində yemək yeyir, su içir, aldığı ianələri də kəşkülün içində toplayırdı. Sufi ədəbiyyatında kəşkül kasıblığın və qənaətin rəmzidir, çünki sufinin ondan başqa əmlakı yox idi. Şərq ədibləri orta əsrlərdə kəşkül adlı məcmuələr də tərtib edirdilər. Bu kitablarda müxtəlif mövzularda şeir nümənələri, ibrətli hekayələr, faydalı məlumatlar cəm olurdu. Həm ərəb, həm də fars dilində müxtəlif kəşkül kitabları yazılıb. Bunların ən məşhuru böyük İslam alimi Şeyx Bəhainin (1547-1621) tərtib etdiyi ərəbcə kəşküldür. Şeyx Bəhainin kəşkülü müxtəlif zamanlarda nəşr edilib və çox istifadə edilən kitablardan olub.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button