İslam suallarda

Hansı günlərdə oruc tutmaq haram və məkruhdur?

Oruc tutmaq öz-özlüyündə çox savabı olan əməldir və Ramazan ayının vacib orucundan başqa ilin hər hansı günündə də müstəhəb oruc tutmağın çoxlu savabı var (xüsusilə rəcəb və şaban aylarında). Amma bəzi günlərdə oruc tutmaq haram (günah), bəzi zamanlarda isə məkruhdur (bəyənilməzdir). Fitr və Qurban bayramı günlərində qəsdən oruclu olmaq günahdır. Hətta insan şaban ayının son günü yoxsa Ramazan ayının ilk günü olmasını bilmirsə, həmin gün Ramazan niyyəti ilə oruc tuta bilməz. Qadının öz həyat yoldaşından, övladın valideyndən icacəsiz, onların haqqını aradan aparmaqla nəticələnən formada müstəhəb oruc tutması da düzgün deyil (bir daha təkrar edirik ki, burada vacib yox, müstəhəb oruc nəzərdə tutulur). Əgər oruc tutmaq insanın həyat və sağlamlığına ciddi ziyan vuracaqsa, bu halda oruc tutması haramdır. İki günün orucu arasında iftar etməmək, yəni orucları birləşdirmək də çox arzuolunmazdır, çünki sağlamlığa ziyandır. Bunlardan əlavə bəzi hallarda da oruc tutmaq insana məkruh olur, yəni bəyənilmir. Məsələn, Qurban bayramı yoxsa bayramdan əvvəlki gün olmasında şəkk edilən gün oruc tutmaq, aşura günü bütün gün ərzində oruc tutmaq, qonaq getdiyin yerdə ev sahibinin icazəsi olmadan oruc tutmaq və s. Müstəhəb oruc tutan şəxsi bir mömin süfrəyə dəvət etsə, yaxşı olar ki, dəvəti qəbul etsin və orucunu pozub yesin.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button