İslam suallarda

Bir şəxs səfərdə olduğu zaman havanın soyuqluğu və isti su olmaması üzündən namazlarını qılmayıb. Evə qayıtdıqdan sonra həmin namazları necə qəza etməlidir?

Əvvəla bunu qeyd edək ki, göstərilən səbəblər namazları qılmamağa əsas vermir. Gündəlik namazlar heç bir bəhanə üzündən qəzaya verilə bilməz. Bunu edən şəxs günah etmiş olur. Gündəlik namazları qılmaq üçün normal su ilə dəstəmaz almaq adətən insana ciddi ziyan vurmur. Əgər soyuq su ilə dəstəmaz almaq insana ciddi zərərdirsə və az miqdarda ilıq su hazırlamaq da mümkün deyilsə, namazı təyəmmümlə də olsa qılmaq lazımdır.
Amma əgər səfərdəki namaz qəzaya getmişsə, onun qəzasını istənilən zaman qılmaq olar – istər elə həmin səfər boyunca, istərsə də vətənə qayıtdıqdan sonra. Namazlar öz zamanında hansı şəkildə qılınmalıdırsa, qəzası da o şəkildə qılınır. Səfərdə qəzaya getmiş namazı evə qayıtdıqdan sonra qəza etmək istəyən şəxs gərək qəsr (natamam) formada qılsın. Yəni 4 rükətli namazlar ixtisarla 2 rükət halında qılınır, sübh və məğrib namazı isə olduğu şəkildə yerinə yetirilir.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button