İslam suallarda

Deyirlər ki, dünyasını dəyişmiş insanın paltarlarını geymək olmaz. Bu fikir doğrudurmu?

Ümumiyyətlə, insanlar arasında geniş yayılan və dindən sayılan bir çox məsələlərin əslində dinlə heç bir əlaqəsi yoxdur. Bu fikirlər mövhumat və xurafatdan qaynaqlanır. İnsanlar dini biliklərin azlığı üzündən bu cür fikirlərə inanırlar. Müəyyən bir əməlin düşər-düşməz olmasına inam da bu qəbildəndir. Dünyasını dəyişmiş şəxsin paltarlarını geyinməyin insana zərər gətirəcəyini düşünürlər. Guya bu paltarları geyinən adam da onların sahibi kimi tezliklə ölə bilər. Yaxud guya ölü şəxsin öz paltarlarının arxasınca gözü qalır və bu da o libasa yiyələnən adama bədbəxtlik gətirir. Bu düşüncələr kökündən yanlışdır. Dünyasını dəyişmiş şəxsin paltarlarını istər onun qohumları, istərsə də yad adamlar rahatlıqla geyinə bilərlər. Dinimizdə ehtiyacı olanlara yemək və pul ilə yanaşı, libasla da yardım etmək böyük savab sayılır. Dünyasını dəyişmiş adamın paltarlarını ehtiyacı olan birinə vermək savabdır. Yaxşı olar ki, həmin paltarları geyinən adam onların əvvəlki sahibinin ruhuna rəhmət oxusun.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button