Səcdəyə gedərkən əvvəlcə əlləri yoxsa dizləri yerə qoymaq lazımdır?
Əvvəla qeyd edək ki, bunlardan hansını etmək namazı pozmaz, burada söhbət yalnız hansının insana daha çox savab gətirməsindən gedir. Bəzi hədislərdə dəvənin oturması kimi səcdəyə getməmək tövsiyə olunur. (Dəvə əvvəlcə arxa ayaqlarını yerə qoyub çökür, sonra qabaq ayaqların qatlayır). Cəfəri məzhəbində kişinin səcdəyə gedərkən əvvəlcə əlləri, sonra dizləri, sonra da alnı yerə qoyması müstəhəb sayılır. Səcdədən qalxanda da əks ardıcıllıqla əvvəlcə alın, sonra dizlər, sonra da əllər yerdən götürülür. Qadının isə səcdəyə gedərkən əvvəlcə dizlərini, sonra əllərini yerə qoyması müstəhəbdir, çünki bu zaman daha az əyilmiş olur. Əhli-sünnə məzhəbində həm kişi, həm də qadının əvvəl dizləri, sonra əlləri yerə qoyması sünnətdir (maliki məzhəbindən başqa).