İslam suallarda

Ticarət zamanı müstəhəb və məkruh olan əməllər hansılardır?

Ticarətin vacib hökmlərindən əlavə, bəzi müstəhəb (yəni arzu edilən, savabı çox olan) və bəzi məkruh (yəni arzu edilməyən) şərtləri vardır. Bunların sayı çoxdur, ən əsasları risalələrdə (şəriət kitablarında) qeyd edilib.
Müstəhəb olan əsas şərtlərdən biri budur ki, satıcı müştərilər arasında qiymət sarıdan fərq qoymasın, amma çox kasıb və fəqir insanlara ucuz satmaq daha yaxşıdır. Müstəhəbdir ki, satıcı satdığı malı tərəzidə çəkəndə üstünə halallıq üçün bir az da qoysun, alıcı isə ona çatası maldan artığına tamah salmasın. Həmçinin, alıcı peşman olub fikrini dəyişəndə və alveri pozmaq istəyəndə satıcı bunu qəbul etməməyə haqqı olsa belə, səbirli və anlaşıqlı davransın, alıcının istəyini qəbul etsin.
Ticarətdə məkruh olan əməllərə gəlincə, iki adam arasında baş verən sövdələşməyə icazəsiz müdaxilə edib malı özü üçün almağa çalışmaq məsləhət deyil. Kəfən, arpa-buğda alveri ilə məşğul olmaq da məkruh sayılır (ola bilər ki, arpa-buğda alverində qəhətlik zamanı möhtəkirlik təhlükəsi olması nəzərdə tutulur). Sübh azanı ilə Günəşin doğması arasındakı vaxt kəsimində alver etmək də məsləhət deyil, çünki bu zaman kəsimi ibadət üçün daha uyğundur. Ləyaqətsiz insanla alverə girişmək də məkruhdur, çünki insanın abrını apara bilər.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button