İslam suallarda

Zöhr və əsr namazlarını Günəş batana kimi qılmaq lazımdır yoxsa məğrib azanına kimi?

Bu barədə son onilliklərdə yaşamış müctəhidlər arasında fikir ayrılıqları vardır. Bir qədər bundan əvvəl yaşamış müctəhidlərin bir qisminin fikrincə, zöhr və əsr namazlarını məğrib azanı verilənə kimi qılıb bitirmək lazımdır. Bu müctəhidlər zöhr və əsr namazlarının son vaxtı kimi qeyd edilən “qürub” anlayışını məğrib azanının vaxtı kimi qəbul edirdilər.
Lakin bir qisim alimlər, o cümlədən, hazırda diri olan və təqlid edilən müctəhidlərin əksəriyyəti zöhr və əsr namazlarının son vaxtı olaraq Günəşin batmasını və Günəş diskinin üfüqdə itməsini qəbul edirlər. Məlum olduğu kimi, Günəşim batması ilə məğrib azanı arasında təqribən 15-20 dəqiqə fasilə olur. Bu müddət ərzində şərq tərəfdə yaranan qırmızılıq səmada insanın başı üstündən keçib qərbə sarı yönəlir. Zöhr və əsr namazlarını Günəş batana kimi qıla bilməmiş şəxs bundan sonra məğrib azanına kimi olan fasilədə də qıla bilər, amma gərək əda ya qəza niyyəti etməsin, “ma fiz-zimmə (yəni öhdəmdə olan şəkildə) qılıram” niyyəti ilə qılsın.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button