İslam suallarda

İslam dinində cihadın hansı növləri vardır?

Dini anlamda cihad geniş məna yükünə malikdir. İnsanın öz nəfsi istəkləri ilə mübrizəsi də əxlaq kitablarında cihad adlandırılır. Hətta düşmənə qarşı silahlı mübarizə kiçik cihad, nəfslə mübarizə isə böyük cihad sayılır. Fitnə-fəsada qarşı ideoloji (qeyri-silahlı) qarşıdurma da cihadın bir növüdür. Lakin şəriətdə cihad deyərkən əsasən silahlı mübarizə nəzərdə tutulur; bu, fürui-dinin 10 maddəsindən biridir. Bu anlamda cihad da 2 növə bölünür: ibtidai cihad (başlanğıc cihadı) və difai cihad (müdafiə cihadı). İbtidai cihad müsəlmanlar tərəfindən başlanılan cihaddır, bu cihad hökmünü müctəhidlərin əksəriyyətinin fikrincə yalnız məsum şəxs (peyğəmbər və ya imam) verə bilər. Müdafiə cihadını isə müctəhid elan edə bilər, amma bu, mütləq deyil; yəni müdafiə cihadı üçün müctəhidin fətvasını gözləmək vacib deyil. Vətənə, ölkənin müstəqilliyinə təhlükə yarandığı an müsəlmanlar heç bir fətva gözləmədən mübarizəyə qalxa bilərlər. Bu mübarizədə ölən şəhid sayılır.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button