İslam suallarda

Quran oxuyan şəxs öz istədiyi məbləğdə muzd tələb edə bilərmi?

Qurani-Kərimi oxuyub savabını mərhum şəxsin ruhuna hədiyyə etmək məsələsi cəmiyyətdə çox müzakirə edilən və bəzən yanlış anlaşılan mövzulardan biridir. Bəziləri ümumilikdə ölünün ruhuna Quran hədiyyə oxumağı icazəli bilmirlər. Bəziləri isə bunun müqabilində pul almağı düzgün saymırlar. Düzgün fikir budur ki, Qurani-Kərimi bütöv və ya qismən oxuyub, bunun savabını mərhum şəxsin ruhuna hədiyyə etmək halal və icazəli işdir. Mərhumun ruhuna bu əməlin faydalı olması barədə hədislər vardır.
Quran oxumaq üçün muzd almağa gəlincə, bunun da heç bir günahı yoxdur. Bir çoxlarının düşündüyü kimi bu, Qurana qiymət qoymaq deyil. Quranı muzdla oxuyan adam Quran ayələrini satmış sayılmır. Hər bir iş kimi Qurani-Kərim oxumaq da vaxt və zəhmət tələb edir. Hər kəsin öz zəhmətini istədiyi kimi qiymətləndirmək haqqı vardır. Quran oxuyan adam da öz çəkdiyi zəhmətə uyğun olaraq muzd tələb etməkdə haqlıdır. Bu məsələ də digər müamilələr kimi icraçı ilə sifarişçi arasında qarşılıqlı razılıq əsasında tənzimlənir. Hər şeydə olduğu kimi bu işdə də insafla davranmaq lazımdır.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button