İslam suallarda

Doğrudurmi ki, dinimizdə Yerin kürə deyil, müstəvi və ya başqa formada olması bildirilir?

Əvvəla, bunu deyək ki, Yer kürəsinin hansı formada olması dini məsələ deyil. Bu mövzu barədə bütün dünyanın, o cümlədən müsəlman alimlərinin fikirləri zaman-zaman fərqli olub. Müəyyən dövrlərdə Yerin kainatın mərkəzində hərəkətsiz durması və müstəvi formada olması düşünülüb. Lakin sonralar Yerin kürə modeli əksəriyyət tərəfindən qəbul edilib. Hələ IX-X əsrlərdə məşhur müsəlman alimləri Yerin kürə şəklində olduğunu təsdiq edir, onun radiusunu, meridian bucaqlarını ölçürdülər. Müasir elm də Yerin kürə modelini təsdiq edir.
Əlbəttə, hər zaman geniş yayılmış fikirə əsr mövqedə duran alimlər olub. Orta əsrlərdə Qurana yazılmış bəzi təfsirlərdə Yeri kürə şəklində təsəvvür edənlər tənqid olunurdu. Bu gün də bir qisim şəxslər Yerin qeyri-kürəvi formaya malik olduğunu və kürə modelinin uydurma olduğunu iddia edirlər. Onların bəziləri öz sözlərinə Qurani-Kərimin müəyyən ayələrini də misal gətirirlər. Lakin qeyd edək ki, bir çox digər mövzularda olduğu kimi bu barədə də Qurani-Kərimin ayələrinə fərqli şərhlər vermək mümkündür. Hər kəs öz tutumu səviyyəsində Quranı anlayır və bəzən öz iddiasını Qurana yükləməyə çalışır. Yerin qeyri-kürə formasında olduğunu iddia edənlərin sübutları inandırıcı deyil və müasir elmi məlumatlarla rədd edilir.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button