İslam suallarda

Qazancın bərəkətli olması və ruzinin artması nədən asılıdır, bunun üçün nə etmək lazımdır?

Müsəlmanın həyatında çox mühüm olan məsələlərdən biri də qazansının halal olmasıdır. Halal ruzi ilə dolanmaq insanın həyatında böyük təsirə malikdir, əksinə, haram qazanc da insan mənəviyyatında və taleyində dağıdıcı iz qoyur. Dinimizə görə, hətta halal ruzi qazanmaq üçün çalışmaq ibadət sayılır. Ruzinin bərəkətli olması üçün ilk öncə qazancın halal olması lazımdır, yəni gərək insan qadağan edilmiş işlərlə məşğul olmasın, başqasının haqqını qəsb etməsin. Bundan əlavə, gündəlik həyatda halal-harama riayət etmək, qohumlarla mehriban əlaqə saxlamaq, əxlaq qaydalarını gözləmək, dili və gözü günahdan uzaq tutmaq da ruzini artırar. Gündəlik vacib ibadətlərdə diqqətli olmaq, namazları təxirə salmadan vaxtın əvvəlində qılmaq da ruzini bərəkətli edər. Yalnız Allaha təvəkkül edərək işsiz qalmaq isə dinimizdə bəyənilmir.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button