İslam suallarda

Bəzi dua yazanlar yazdıqları duanı yandırmağı tapşırırlar. Bunu etmək olarmı?

Dua insanla Allah arasında sanki söhbətdir, hədislərdə duanı möminin silahı adlandırıblar. Allahla daim rabitədə olmaq, xeyirli dualar etmək insanın dünya və axirəti üçün faydalıdır. Ən yaxşısı insanın öz dili ilə Allaha dua etməsi və diləyini istəməsidir. Şəxsin özünün dil ilə dua etməsi daha təsirlidir. Bu zaman həm səmimi şəkildə istəyini öz sözləri dilə gətirmək, həm də mötəbər kitablarda yazılmış və məsumların dilindən nəql edilmiş dualarla Allaha müraciət etmək faydalıdır.
Bununla yanaşı, bəzi duaları yazıb üstündə gəzdirmək və ya evdə saxlamaq da müsbət təsirə malikdir. Bu cür duaları hər kitabdan deyil, mötəbər mənbələrdən götürmək lazımdır.
Dua yazmaqla məşğul olan şəxslərin bir qismi insanları aldadır, dəxli olmayan söz yığınları yazıb cızmaqara şəkillər çəkir və bunu dua kimi təqdim edirlər. Bəziləri isə yazdıqları duanı yandırmağı, qəbristanlıqda basdırmağı və s. tapşırırlar. Bu işlər dinimizlə uyğun deyil. Əgər kağızda yazılan həqiqətən duadırsa, deməli, orda Allahın və məsumların adları yaxud Quran ayələri yazılıb. İçində bu cür müqəddəs sözlər yazılmış kağızı isə yandırmaq, murdarlamaq, zibilliyə atmaq günahdır.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button